American English: Gündəlik Danışıq və Səlis Nitq
Təqdimat videosu
American English dərsləri ilə gündəlik həyatda istifadə olunan ingilis dilini öyrənin və danışıq bacarıqlarınızı inkişaf etdirin. Dərslərdə real həyat ifadələri, gündəlik sözlər, düzgün tələffüz, dinləmə və danışıq praktikası üzərində işlənilir. Dərslər sadə, interaktiv və praktik yanaşma ilə keçirilir. Başlanğıcdan orta səviyyəyə qədər öyrənənlər üçün uyğundur.
Məqsəd
Tələbələrə gündəlik və real həyat situasiyalarında ingilis dilində daha rahat danışmağı öyrətmək, söz ehtiyatını genişləndirmək, düzgün cümlə quruluşunu mənimsətmək və American English tələffüzünə dair praktiki biliklər qazandırmaq.
Kimlər üçündür?
- Yeni başlayanlar
- Sahəni dərinləşdirmək istəyən mütəxəssislər
Tələblər
- Kompüter və internetə çıxış
- Öyrənməyə həvəs və vaxt ayırma imkanı
Praktiki hissə
Dərslər zamanı tələbələr gündəlik həyat situasiyalarına uyğun ingilis dilində dialoqlar quracaq, sual-cavab və danışıq tapşırıqları yerinə yetirəcək, yeni söz və ifadələrdən istifadə edəcək, dinləmə və tələffüz məşqləri aparacaqlar. Praktiki tapşırıqlar tələbələrin real ünsiyyətdə daha rahat danışmasına yönəldiləcək.
Nə öyrənəcəksən?
- Gündəlik mövzularda sadə ingilis cümlələri qurmaq və danışmaq.
- Ən çox istifadə olunan gündəlik söz və ifadələri öyrənmək.
- American English tələffüzünün əsas xüsusiyyətlərini mənimsəmək.