Frontend Development
Frontend Development kursunda iştirakçılar sıfırdan müasir veb-səhifələrin hazırlanmasını öyrənəcəklər. Kurs çərçivəsində HTML, CSS və JavaScript əsasları, responsive dizayn, DOM ilə işləmə, Git və GitHub, API-lərlə inteqrasiya və müasir frontend yanaşmaları praktiki şəkildə öyrədiləcək.
Məqsəd
Təlimin əsas məqsədi iştirakçılara frontend proqramlaşdırmanın əsaslarını sıfırdan öyrətmək və müasir, funksional və responsive veb-səhifələr hazırlamaq bacarığı qazandırmaqdır. Kursun sonunda iştirakçılar öz layihələrini hazırlaya, Git və GitHub-dan istifadə edə və frontend sahəsində növbəti mərhələdə React kimi texnologiyaları öyrənməyə hazır ola biləcəklər.
Kimlər üçündür?
- Yeni başlayanlar
- Sahəni dərinləşdirmək istəyən mütəxəssislər
- Tələbələr və məzunlar
Tələblər
- Öyrənməyə həvəs və vaxt ayırma imkanı
- Kompüter və internetə çıxış
Praktiki hissə
Təlim boyunca iştirakçılar hər mövzu üzrə praktiki tapşırıqlar yerinə yetirəcəklər. HTML və CSS ilə veb-səhifələrin hazırlanması, responsive dizayn, Flexbox və Grid ilə layout qurulması, JavaScript vasitəsilə interaktiv elementlərin yaradılması, DOM ilə işləmə, formaların hazırlanması və API-dən məlumatların əldə edilməsi üzərində praktiki iş aparılacaq. Kursun sonunda iştirakçılar portfolio üçün real layihə hazırlayacaqlar.
Nə öyrənəcəksən?
- HTML5 ilə strukturlaşdırılmış və semantik veb-səhifələr hazırlaya biləcək
- Responsive və mobil uyğun veb-səhifələr hazırlaya biləcək
- CSS vasitəsilə veb-səhifələri stilizə edə biləcək
- JavaScript-in əsaslarını tətbiq edə biləcək
İstifadə olunacaq alətlər
Visual Studio Code, Google Chrome, Chrome DevTools, Git, GitHub, HTML5, CSS3, JavaScript, GitHub Pages və API testləri üçün uyğun alətlər.