HTML, CSS, JAVASCRIPT, BOOTSTRAP, Jquery
Veb səhifələrin hazırlanmasının əsaslarını öyrədən praktiki təlim proqramıdır. Təlimdə HTML, CSS və JavaScript vasitəsilə müasir, funksional və responsive veb səhifələrin hazırlanması, həmçinin real layihələr üzərində praktiki bacarıqların inkişaf etdirilməsi öyrədilir.
Məqsəd
İştirakçılara Front-End proqramlaşdırmanın əsaslarını öyrətmək, HTML, CSS və JavaScript üzrə praktiki bilik və bacarıqlar qazandırmaq, müasir və responsive veb səhifələr hazırlamağı öyrətməkdir. Təlimin sonunda iştirakçıların real layihələr üzərində işləyə bilməsi və Front-End sahəsində inkişaf üçün möhkəm baza formalaşdırması hədəflənir.
Kimlər üçündür?
- Yeni başlayanlar
- Sahəni dərinləşdirmək istəyən mütəxəssislər
- Tələbələr və məzunlar
- Karyera dəyişdirmək istəyənlər
Tələblər
- Kompüter və internetə çıxış
- Əsas texniki bilik tələb olunmur
- Öyrənməyə həvəs və vaxt ayırma imkanı
Praktiki hissə
Təlim müddətində iştirakçılar öyrəndikləri HTML, CSS və JavaScript biliklərini praktiki tapşırıqlar və real layihələr üzərində tətbiq edirlər. Sadə veb səhifələrin hazırlanmasından başlayaraq responsive dizayn, interaktiv elementlər və funksional veb layihələrin yaradılması üzərində işləyirlər. Praktiki çalışmalar iştirakçıların kod yazma bacarığını inkişaf etdirməyə və müstəqil layihə hazırlamağa kömək edir.
Nə öyrənəcəksən?
- HTML ilə veb səhifələrin strukturunu qurmağı bacaracaq.
- CSS vasitəsilə səhifələrin dizaynını və görünüşünü hazırlayacaq.
- Responsive dizayn prinsiplərini tətbiq edə biləcək.
- JavaScript ilə veb səhifələrə interaktivlik əlavə edəcək.
- Formlar, düymələr, menyular və digər interaktiv elementlərlə işləyəcək.
- Müxtəlif Front-End praktiki tapşırıqlarını müstəqil şəkildə həll edə biləcək.
- Real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaq.
- Git və GitHub-dan əsas səviyyədə istifadə etməyi öyrənəcək.
- Hazırladığı layihələri portfolio üçün təqdim edə biləcək.
- Front-End Developer kimi inkişafını davam etdirmək üçün möhkəm baza əldə edəcək.
İstifadə olunacaq alətlər
Visual Studio Code (VS Code) : kodların yazılması və layihələrin idarə olunması üçün əsas kod redaktoru
HTML5 : veb-səhifələrin strukturunu qurmaq üçün istifadə olunur
CSS3 : səhifələrin dizaynını, vizual düzenini və müxtəlif ekranlara uyğunluğunu təmin etmək üçün istifadə olunur
JavaScript : veb-səhifələrə interaktivlik və dinamik funksionallıq qazandırmaq üçün istifadə olunur
Git : layihələrdə kod dəyişikliklərini izləmək və versiyalara nəzarət etmək üçün istifadə olunur
GitHub : layihələri saxlamaq, paylaşmaq və portfolio formalaşdırmaq üçün istifadə olunur
Google Chrome : hazırlanmış veb-səhifələri sınaqdan keçirmək və nəticələri yoxlamaq üçün istifadə olunur