Layihə İdarəetməsinə Giriş: Əsas Prinsiplər və Praktiki Yanaşma
Bu təlim layihə idarəetməsi haqqında əvvəlcədən təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuş başlanğıc səviyyəli praktik proqramdır. Təlimdə layihənin nə olduğu, layihə idarəetməsinin əsas prinsipləri, Project Manager-in rolu, Project Life Cycle, Scope, Schedule, Cost, Risk və Stakeholder kimi əsas anlayışlar sadə və praktik şəkildə izah ediləcək. Mövzular real mühəndislik və sənaye nümunələri, o cümlədən hazırlanmış Technical Scope üzərindən izah olunaraq iştirakçılara layihə idarəetməsinin real iş mühitində necə tətbiq edildiyi göstəriləcək.
Məqsəd
Təlimin əsas məqsədi iştirakçılara layihə idarəetməsinin fundamental anlayışlarını sıfırdan öyrətmək və onların layihələrin necə başladığını, planlaşdırıldığını, icra və nəzarət edildiyini və tamamlandığını başa düşmələrini təmin etməkdir. Təlim iştirakçılara Project Management üzrə düzgün baza formalaşdırmaq və real layihələrə sistemli yanaşma bacarığını inkişaf etdirmək üçün nəzəri və praktiki biliklər qazandıracaq.
Kimlər üçündür?
- Yeni başlayanlar
- Sahəni dərinləşdirmək istəyən mütəxəssislər
- Tələbələr və məzunlar
Tələblər
- Kompüter və internetə çıxış
- Əsas texniki bilik tələb olunmur
- Öyrənməyə həvəs və vaxt ayırma imkanı
- Əvvəlki təcrübə tövsiyə olunur (məcburi deyil)
Praktiki hissə
Real mühəndislik və sənaye layihəsi nümunəsi üzərindən praktiki izah. İştirakçılara Technical Scope nümunəsi göstərilərək layihənin Scope, vaxt, resurs, risk və digər əsas idarəetmə aspektləri ilə əlaqəsi izah ediləcək.
Nə öyrənəcəksən?
- Layihə və layihə idarəetməsi anlayışlarını izah edə biləcək.
- Project Manager-in əsas rol və məsuliyyətlərini başa düşəcək.
- Project Life Cycle-ın əsas mərhələlərini tanıyacaq və izah edə biləcək.
- Scope, Schedule, Cost, Risk və Stakeholder kimi əsas Project Management anlayışlarını fərqləndirə biləcək.
- Real mühəndislik layihəsi nümunəsi üzərində Project Management yanaşmasının necə tətbiq edildiyini anlayacaq.
- Layihəyə sistemli yanaşmanın layihənin məqsədlərinə vaxtında və effektiv şəkildə çatmağa necə kömək etdiyini başa düşəcək.
İstifadə olunacaq alətlər
Microsoft PowerPoint, Microsoft Excel, Microsoft Word və praktiki layihə nümunələri.