Haqqında
Mən kibertəhlükəsizlik sahəsində, xüsusilə Penetration Testing və Red Team istiqamətlərində fəaliyyət göstərirəm. Əsas məqsədim mürəkkəb təhlükəsizlik problemlərini araşdırmaq, real laboratoriya ssenariləri üzərində praktiki bacarıqlarımı inkişaf etdirmək və əldə etdiyim bilikləri başqalarına aydın, sistemli və praktik şəkildə çatdırmaqdır.
**Əsas ixtisaslaşma sahələrim:**
- **Web Application Pentesting:** OWASP Top 10, SQL Injection, XSS, SSRF, SSTI, File Upload zəiflikləri və autentifikasiya problemləri.
- **Infrastructure Pentesting:** Şəbəkə və serverlərin təhlükəsizlik qiymətləndirilməsi, port və xidmətlərin aşkarlanması, zəifliklərin müəyyənləşdirilməsi, Windows və Linux sistemlərinin analizi və infrastruktur səviyyəsində hücum səthinin qiymətləndirilməsi.
- **Mobile Application Security:** Android tətbiqlərinin təhlükəsizlik analizi, statik və dinamik analiz, Frida, MobSF və JADX.
- **Active Directory Pentesting:** Windows domen mühitləri, Kerberos, LDAP, BloodHound və domen infrastrukturlarının təhlükəsizlik qiymətləndirilməsi.
- **Red Team Operations:** Kəşfiyyat, hücum səthinin təhlili, zəifliklərin aşkarlanması və səlahiyyətli laboratoriya mühitlərində hücum ssenarilərinin tətbiqi.
eJPT, CRTA, WEB-RTA, CNSP və Red Team Operator (RTO) sertifikatlarına sahibəm. Praktiki biliklərimi davamlı olaraq laboratoriyalar, CTF tapşırıqları və təhlükəsizlik araşdırmaları vasitəsilə inkişaf etdirirəm. Hazırda OSCP imtahanına hazırlaşıram.
Təlimlərdə məqsədim yalnız alətlərin istifadəsini göstərmək deyil, həm də onların necə işlədiyini, zəifliklərin niyə yarandığını, necə aşkar edildiyini və necə aradan qaldırıldığını izah etməkdir. Dərslərdə nəzəri bilikləri praktiki tapşırıqlarla birləşdirərək öyrənənlərin müstəqil düşünmə və problemləri analiz etmə bacarıqlarını inkişaf etdirməyə üstünlük verirəm.
Təcrübə
SOCAR — Geofizika və Geologiya İdarəsi
Sənaye ölçmə cihazları, IoT sistemləri, PLC/SCADA mühitləri və sənaye şəbəkələrinin monitorinqi ilə bağlı praktiki tanışlıq və texniki işlərdə iştirak. Sənaye İdarəetmə Sistemlərinin (ICS) təhlükəsizliyi, OT şəbəkələrinin monitorinqi və sənaye avtomatlaşdırma infrastrukturunda kibertəhlükəsizlik prinsiplərinin öyrənilməsi.
İT Dəstək & Şəbəkə Təhlükəsizliyi Təcrübəçisi(ADNSU İT Mərkəzi)
Windows/Linux sistemlərində privilege escalation risklərinin azaldılması, Active Di
rectory giriş hüquqlarının/ACL-lərinin idarəsi, patch management və insident anal
izi.
• TCP/IP, DNS, DHCP, Wi-Fi və VLAN problemlərinin diaqnostikası, şəbəkə infrastruk
turu üzrə təhlükəsizlik müraciətlərinin bilet sistemində həlli.
Təhsil
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
İxtisas: Cihaz mühəndisliyi
Təhsil müddəti: 2022–2026
Tədris dili: İngilis dili