Haqqında
Mentor olaraq əsas məqsədim gənclərin daxili potensialını üzə çıxarmaq, onlara əmək bazarında düzgün ixtisaslaşma və karyera yolu seçməkdə dəstək olmaqdır.
İndiyədək 100-ə yaxın iştirakçısı olan bir neçə iri həcmli layihənin müəllifi və icraçısı olmuş, 100+-dən çox nəfərlik auditoriyalarda spiker kimi çıxışlar etmişəm. Böyük miqyaslı layihələrin idarə heyətinin aktiv üzvü kimi təşkilati və strateji prosesləri idarə etmişəm.
Təlim və Mentorluq istiqamətlərim:
Karyera və Şəxsi İnkişaf: Düzgün ixtisaslaşma, əmək bazarında rəqabətədavamlı mövqe tutmaq, "tükənmədən" (burnout olmadan) davamlı inkişaf
Şəxsi Brendinq və Professional Təqdimat: Şəxsi brendin qurulması, CV, Portfolio və digər peşəkar sənədlərin hazırlanması, özünü təqdimetmə bacarıqları
Yumşaq Bacarıqlar (Soft Skills): Zamanın idarə olunması, özünü tanıma, kommunikasiya, təqdimat bacarıqları və şəxsi inkişafda xarici dilin rolu kimi bir çox sahədə
Təcrübə
GUYS İB – Project & Event Manager
Layihələrin və tədbirlərin konsepsiyasının hazırlanmasından başlayaraq başdan-sona (end-to-end) tam icrası, idarə olunması, resursların planlaşdırılması və komanda işinin koordinasiyası.
Norm ASC – Marketing Intern
Hərtərəfli rəqəmsal və ənənəvi marketinq strategiyalarının, marketinq layihələrinin yazılması, bazar təhlilləri və brend kommunikasiyasının dəstəklənməsi.
Azersun Akademiyası – STEP Internship
Böyük holdinq mühitində istehsalat, logistika və satış zəncirinin marketinq planlaması, şəxsi inkişaf, effektiv təqdimat və idarəetmə bacarıqlarının tətbiqi.
Təhsil
UNEC Project Management - MBA