Nuraya Babayeva

Psixoloq

Şəxsi İnkişaf Digər

Haqqında

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsildə sosial-psixoloji xidmət" ixtisası məzunu və "Təlim və tədrisin təşkili" üzrə magistrantıyam. Pedaqoji təcrübəm, eləcə də beynəlxalq və yerli sertifikat proqramları vasitəsilə fərdlərin koqnitiv potensialını, analitik təfəkkürünü və zehni fəallığını artırmaq üzrə praktiki bacarıqlara yiyələnmişəm. Məqsədim interaktiv təlimlər, neyropsixoloji metodlar və maarifləndirici layihələr vasitəsilə iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək olmaqdır.

Təcrübə

•Nizami rayonu 12 saylı tam orta məktəb – Şagird davranışlarının təhlili, pedaqoji heyətlə əməkdaşlıq, diqqət və motivasiya yönümlü interaktiv təlim materiallarının hazırlanması.
•Fərdi inkişaf və korreksiya məşğələləri – Koqnitiv funksiyaların bərpası, diqqətin cəmlənməsi və yaddaşın gücləndirilməsi üzrə neyrogimnastik məşğələlərin keçirilməsi.
•"Bir Tələbə" Tələbə Təşkilatları İttifaqı – Komandalararası kommunikasiyanın idarə olunması və təşkilati dəstək.

Təhsil

•Bakalavr: Azərbaycan Dövlət Pedaqoji Universiteti – Təhsildə sosial-psixoloji xidmət (2022–2026)
•Magistratura: Azərbaycan Dövlət Pedaqoji Universiteti – Təlim və tədrisin təşkili (2026–2028)