Haqqında
proqramlaşdırma dilləri üzrə dərin texniki biliyə və 3 ildən artıq uğurlu təlimçilik təcrübəsinə malik İT mütəxəssisiyəm. Bu müddət ərzində 500-dən çox gəncə proqramlaşdırma tədris etmiş, tələbələrin beynəlxalq sertifikatlar qazanmasına və real layihələr icra etməsinə mentorluq etmişəm. Eyni zamanda, müxtəlif genişmiqyaslı təhsil layihələrində və forumlarda koordinator, təlimçi-spiker kimi çıxış edərək tədris proseslərinin idarə olunmasında aktiv rol oynamışam. Rəqəmsal mentorluq sahəsində ixtisaslaşmış bir peşəkar olaraq, gənclərin texnologiya sahəsində fərdi karyera yollarını düzgün planlaşdırmağı hədəfləyirəm. Maqsədyönlü yanaşmam ilə innovativ təlim metodologiyalarını tətbiq edir, yeni nəsil İT mütəxəssislərinin yetişdirilməsinə və rəqəmsal savadlılığın artırılmasına töhfə verirəm.
Təcrübə
Təlimçi Müəllim və Mentor (3 ildən artıq)500-dən çox gəncə C++, Python və JavaScript proqramlaşdırma dillərinin tədrisi.Tələbələrin beynəlxalq sertifikatlar qazanması və fərdi karyera yollarının planlaşdırılması üçün mentorluq dəstəyi.Real layihə əsaslı təlim metodologiyalarının dərslərdə tətbiqi.Layihə Koordinatoru və Spiker (2 ildən artıq)50-dən çox tələbə ilə tədris və koordinasiya prosesinin effektiv idarə edilməsi.Genişmiqyaslı forum və təhsil layihələrinin ümumi təşkilati işlərinin rəhbərliyi.Sahəvi tədbirlərdə spiker qismində çıxış edərək rəqəmsal biliklərin bölüşülməsi.
Təhsil
Rəqəmsal İnkişaf Agentliyi | İT əsasları (Mentorluq proqramı) — 2023
Beynəlxalq Təhsil Sertifikatı | 2022 – 2024