Haqqında
Yagub Huseynov — Web Developer & Təlimçi
15+ illik praktiki təcrübə və 15+ peşəkar sertifikat əsasında formalaşmış web-development mütəxəssisi və təlimçi.
Veb-development sahəsində 15 ildən artıq peşəkar fəaliyyətim ərzində müxtəlif istiqamətlər üzrə real layihələrin hazırlanması, inkişafı və texniki idarə olunması ilə məşğul olmuşam. Əsas ixtisaslaşma sahələrim WordPress, Elementor, Tilda və OpenCart platformalarıdır.
Təlimlərimi yalnız nəzəri məlumatların təqdim olunması deyil,real iş prosesinin və praktik bacarıqların formalaşdırılması prinsipi üzərində qururam. Məqsədim iştirakçıya platformanın ayrı-ayrı funksiyalarını göstərməklə kifayətlənmək deyil, veb layihənin ideyadan hazır məhsula qədər necə qurulduğunu sistemli şəkildə öyrətməkdir.
Tədris prosesində layihənin planlaşdırılması, strukturun hazırlanması, səhifələrin qurulması, dizaynın tətbiqi, funksional imkanların əlavə edilməsi, mobil uyğunlaşdırma, texniki optimizasiya və layihənin istifadəyə verilməsi kimi mərhələlər real nümunələr və praktiki tapşırıqlar üzərindən izah olunur.
WordPress və Elementor üzrə korporativ veb-saytlar, landing page-lər, xidmət və biznes layihələri;
Tilda üzrə müasir və vizual yönümlü veb səhifələr;
OpenCart üzrə isə onlayn mağazalar və e-commerce layihələrinin hazırlanması istiqamətində təlimlər keçirirəm.
Təlim zamanı hazır layihəni sadəcə təkrarlamaq əvəzinə, iştirakçının düzgün texniki qərar verməsi, layihənin məntiqini anlaması, problemləri müstəqil həll etməsi və sıfırdan real layihə hazırlaya bilməsi əsas prioritetlərdəndir.
Təlimlər həm web-development sahəsinə yeni başlayanlar, həm də mövcud biliklərini sistemləşdirərək daha peşəkar səviyyəyə keçmək istəyənlər üçün nəzərdə tutulub. Tədris proqramının məzmunu iştirakçının hazırlıq səviyyəsinə və qarşıya qoyduğu məqsədə uyğun şəkildə formalaşdırıla bilər.
Təlimlər Azərbaycan və Rus dillərində keçirilir.
Mənim üçün keyfiyyətli təlim yalnız bilik ötürmək deyil. Əsas nəticə iştirakçının öyrəndiklərini real layihədə tətbiq edə bilməsi, müstəqil işləməsi və əldə etdiyi bacarıqlardan praktik şəkildə istifadə etməsidir.
15+ il praktiki təcrübə · 15+ peşəkar sertifikat · WordPress · Elementor · Tilda · OpenCart · Real layihələr · Praktiki təlim
Təcrübə
15+ illik praktiki təcrübə
Təhsil
Ali
Canlı dərslər