Fürsət: bütün canlı dərslərdə 50% endirim. Sənə Özəl Təklif
Dərslər onlayn formatda, təlimçi ilə real vaxtda keçirilir. İnternet vasitəsilə qoşulursunuz, məkana gəlmək tələb olunmur. Kibertəhlükəsizlik

Praktiki Red Team və Penetration Testing

Təqdimat videosu

01.12.2026 - 31.05.2027 104 saat İrəli AZ

Bu təlimdə iştirakçılar Penetration Testing və Red Team fəaliyyətlərinin əsas mərhələlərini praktiki laboratoriyalar üzərində öyrənəcəklər. Web tətbiqlərinin, Android və iOS mobil tətbiqlərinin, şəbəkə və serverlərin, eləcə də Active Directory mühitlərinin təhlükəsizlik qiymətləndirilməsi üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

Təlim çərçivəsində Web Application Pentesting, mobil tətbiqlərin statik və dinamik analizi, autentifikasiya və giriş nəzarəti zəifliklərinin araşdırılması, şəbəkə kəşfiyyatı, Windows/Linux sistemlərinin təhlükəsizlik qiymətləndirilməsi və Active Directory Pentesting mövzuları əhatə olunacaq.

Red Team istiqamətində iştirakçılar kəşfiyyat, hücum səthinin təhlili, ilkin giriş ssenariləri, səlahiyyətlərin yüksəldilməsi, lateral movement və əməliyyatların nəticələrinin təhlili ilə tanış olacaqlar. Bu məqsədlə müvafiq laboratoriyalarda Cobalt Strike, Havoc, Metasploit, Sliver və digər Red Team alətlərinin imkanları, istifadə prinsipləri və aşkarlanma mexanizmləri öyrəniləcək.

Təlim nəzəri izahları praktiki tapşırıqlarla birləşdirəcək. İştirakçılar xüsusi hazırlanmış və icazəli laboratoriya mühitlərində zəiflikləri müstəqil araşdırmaq, aşkarlamaq, nəticələri təhlil etmək və texniki hesabat hazırlamaq bacarıqlarını inkişaf etdirəcəklər. Eyni zamanda, Red Team fəaliyyətlərinin aşkarlanması, müdafiə mexanizmləri və təhlükəsizlik tədbirlərinin əhəmiyyəti izah olunacaq.

Məqsəd

Təlimin əsas məqsədi iştirakçılara Web Application Pentesting, Android və iOS Mobile Application Pentesting, Infrastructure Pentesting, Active Directory Pentesting və Red Team Operations istiqamətlərində nəzəri biliklər və praktiki bacarıqlar qazandırmaqdır. İştirakçılar təhlükəsizlik zəifliklərinin aşkarlanması, təhlili və istismarı, şəbəkə və sistemlərin təhlükəsizlik qiymətləndirilməsi, mobil tətbiqlərin statik və dinamik analizi, eləcə də Active Directory mühitlərində hücum yollarının müəyyənləşdirilməsi üsullarını öyrənəcəklər.

Red Team modulu çərçivəsində Cobalt Strike, Havoc, Metasploit və Sliver kimi alətlərin imkanları, hücum simulyasiyası, lateral movement, səlahiyyətlərin yüksəldilməsi və müdafiə mexanizmlərinin qiymətləndirilməsi xüsusi hazırlanmış laboratoriyalarda araşdırılacaq. Təlimin sonunda iştirakçıların real iş proseslərinə yaxın, icazəli sınaq mühitlərində pentest ssenarilərini icra etmək, aşkar edilmiş riskləri qiymətləndirmək, texniki hesabat hazırlamaq və zəifliklərin aradan qaldırılması ilə bağlı tövsiyələr vermək bacarıqlarının inkişaf etdirilməsi hədəflənir.

Kimlər üçündür?

  • Sahəni dərinləşdirmək istəyən mütəxəssislər
  • Karyera dəyişdirmək istəyənlər
  • Tələbələr və məzunlar
  • Yeni başlayanlar

Tələblər

  • Kompüter və internetə çıxış
  • Öyrənməyə həvəs və vaxt ayırma imkanı

Nə öyrənəcəksən?

  • Şəbəkə kəşfiyyatı, port və xidmətlərin aşkarlanması, Nmap vasitəsilə ilkin Infrastructure Pentesting aparmaq.
  • Linux və Windows sistemlərinin arxitekturasını, şəbəkə xidmətlərini və təhlükəsizlik konfiqurasiyalarını təhlil etmək.
  • Infrastructure mühitində zəiflikləri müəyyənləşdirmək, təsdiqləmək və risklərini qiymətləndirmək.
  • Linux və Windows sistemlərində Privilege Escalation risklərini araşdırmaq.
  • Web tətbiqləri və API-lərdə təhlükəsizlik zəifliklərini aşkarlamaq və təhlil etmək.
  • Android və iOS tətbiqlərində statik və dinamik təhlükəsizlik analizi aparmaq.
  • Active Directory mühitində Kerberos, LDAP, ACL və potensial hücum yollarını təhlil etmək.
  • Metasploit, Impacket, BloodHound və digər təhlükəsizlik alətlərindən laboratoriyalarda istifadə etmək.
  • Cobalt Strike, Havoc və Sliver kimi C2 platformalarının iş prinsiplərini anlamaq və Red Team ssenarilərini icazəli mühitdə təhlil etmək.
  • Pentest və Red Team fəaliyyətlərinin nəticələrini sənədləşdirmək, riskləri prioritetləşdirmək və peşəkar texniki hesabat hazırlamaq.
Fürsət: 249.99 AZN/ayStandart: 499.99 AZN/ay